Əli Kərimlinin saxtakarlığını ifşa edən səs yazısı - AUDİO

  Əli Kərimlinin saxtakarlığını ifşa edən səs yazısı -    AUDİO
  22 Sentyabr 2020    Oxunub:10796
AXCP sədri Əli Kərimlinin saxtakarlığını ifşa edən səs yazısı yayılıb.
Sosial şəbəkələrdə paylaşılan səs yazısı Ə.Kərimlinin sədri olduğu partiyanı hansı prinsiplərlə idarə etdiyini bir daha göstərir.

Belə ki, 1995-ci ildən AXCP-nin üzvü, 2015-ci ildən isə partiyanın Nəzarət Təftiş Komissiyasının sədri seçilmiş Aydın Əliyev haqq sözünü dediyi üçün sıxışdırılıb və heç bir rəsmiyyət olmadan vəzifəsindən qovulub.

Aydın Əliyev haqqını tələb etməyə başlayanda Əli Kərimli saxtakarlığa əl atıb. Partiyanın digər üzvü olan İradə Nərimana tapşırılıb ki, Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta sənədlər hazırlansın. Beləliklə, AXCP-dəki özbaşınalığa etiraz edən Aydın Əliyev saxta arayış əsasında postundan kənarlaşdırılıb.



Göründüyü kimi, Əli Kərimlinin öz dilindən səslənən səs yazısı onun AXCP-də qurduğu diktatorluğu və saxtakarlığını aşkar şəkildə ifşa edir. Nədənsə, ən primitiv məsələləri şişirdib, siyasiləşdirməyə çalışan Kərimli səs yazısına münasibət bildirməyə tələsmir və heç nə olmamış kimi özünü aparır.

Azvision.az


Teqlər: Əli-Kərimli   AXCP  





Xəbər lenti