Səyyar ASAN tibbi müayinə Tovuzun Ağdam kəndində - FOTOLAR
Həmçinin sakinlərə tibbi maskalar və dezinfeksiya məhlulları təqdim olunub.
Kənd sakinləri, eyni zamanda onlar üçün təqdim olunmuş tibbi kuponlar vasitəsi ilə "Sağlam Ailə" klinikalarında istənilən vaxt ödənişsiz müxtəlif həkim və laborator müayinələrdən yararlana bilərlər.
Səyyar tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətini, sağlam həyat tərzini təbliğ etmək, əsasən az təminatlı və ehtiyacı olan vətəndaşlar üçün ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.
Qeyd edək ki, səyyar tibbi müayinə layihəsi 2017-ci ildən həyata keçirilir və Azərbaycanın bir çox regionlarını əhatə edib.
Azvision.az
Teqlər: ASAN-xidmət Səyyar