2.7 milyon vətəndaş SMS icazə sistemindən istifadə edib - RƏSMİ
Onun sözlərinə görə, 8103 SMS icazə sistemi vasitəsilə 10 milyondan artıq icazə verilib: “İlk dövrlərdə kifayət qədər formata uyğun olmayan SMS göndərilirdi. Ötən günün statistikasına baxanda görürük ki, 83 faiz insana müsbət cavab verilib. Gündəlik olaraq 900 min - 1 milyon arası SMS göndərilirsə, bunun təqribən 83 faizinə və ya 830 mininə müsbət cavab verilib”.
F.Cəfərov bildirib ki, SMS-lər 1 saniyə ərzində cavablandırılır: “Yəni vətəndaş dərhal cavab ala bilir. 2.7 milyon vətəndaş SMS icazə sistemindən istifadə edib. Günün saatlarına uyğun götürsək, əsasən 10:00-13:00 və 15:00-21:00-a qədər SMS-lərin göndərilməsinə üstünlük verilir”.
Kənan Məmmədov
Azvision.az