“Azərbaycan” adlı gəmi-bərənin əsas özəllikləri

  16 Dekabr 2019    Oxunub : 1780
 “Azərbaycan” adlı gəmi-bərənin əsas özəllikləri
2020-ci ilin may ayında “Azərbaycan” adlı “Ro-Pax” tipli gəmi-bərə istifadəyə veriləcək.
Azvision.az xəbər verir ki, bunu "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev deyib. Onun sözlərinə görə, gəmi-bərə ilə həm vaqon, həm yük, həm də 100 nəfərə yaxın sərnişinın daşınması mümkün olacaq.

"Yeni suya salınan "Ro-Pax" tipli “Azərbaycan” gəmi-bərəsinin gövdə hissəsinin inşası 100% başa çatıb. Qalan tikinti və quraşdırma işləri Gəmiqayırma Zavodunun yanalma körpüsündə davam etdiriləcək. Bu məqsədlə gəmi-bərə zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlarla suya salınıb".

M.Mehdiyev qeyd edib ki, unikallığı ilə seçilən "Ro-Pax" tipli gəmi-bərənin uzunluğu 154,50, eni 17,7 metr, sürəti 14 uzelə bərabərdir.

"Gəmi 56 vaqon-çən, 50 yük maşını və 100 sərnişin daşımaq imkanına malikdir. Heyət sayı 30 nəfərdən ibarət olacaq gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. “Azərbaycan” gəmi-bərəsi, eləcə də hazırda inşası davam edən daha bir ədəd eyni tipli gəmi-bərə Şərq-Qərb nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin daşınmasına mühüm töhfə verəcək".

Aytən Zəhra
Azvision.az

Teqlər: Gəmi   Bərə   Azərbaycan   ASCO