Miqrasiya Məktəbi 2 layihəsi fəaliyyətə başlayıb - FOTOLAR
Məhz Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən Miqrasiya Məktəbi, İnformasiya Texnologiyaları Məktəbi, eləcə də Miqrasiya Könüllüsü layihələri gənclərə miqrasiya sahəsində yeni biliklər və təcrübə əldə etmək imkanı yaradır. Tədris proqramı çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri barədə məlumat almaq, xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılacağını deyən Vüsal Hüseynov iştirakçılara uğurlar arzulayıb.
Sonra Miqrasiya Məktəbi 2 layihəsi barədə təqdimat olub.
Xatırladaq ki, 6 ay davam edəcək tədris proqramının əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaqdır. Tədris prosesində gənclər üçün həm praktik məşğələlər, həm də xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılacaq. Təlimlər DMX-nin müvafiq sahələr üzrə ixtisaslaşmış əməkdaşları, Miqrasiya Məktəbinin layihə üzrə tərəfdaşlarının nümayəndələri, yerli və beynəlxalq ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən tədris ediləcək.
Azvision.az
Teqlər: Miqrasiya-Xidməti Vüsal-Hüseynov Miqrasiya-Məktəbi