Hafiz Hacıyev Əli Kərimli ilə bağlı qərar verdi

Hafiz Hacıyev Əli Kərimli ilə bağlı qərar verdi
  16 Dekabr 2013    Oxunub:1109
Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahında partiyanın İdarə Heyəti və Rayon Təşkilat sədrlərinin iştirakı ilə toplantı keçirilib.
Toplantıda ölkədə və dünyada baş verən hadisələr müzakirə edilib və bu hadisələrə siyasi qiymət verilib.Toplantıda əsas diqqət Milli Şuranın bazar günü keçirdiyi mitinqə yönəldilib. Aksiyanın vidyogörüntülərinə baxış keçirən toplantı iştirakçıları mitinq haqqında öz fikirlərini səsləndiriblər.

MMP sədri Hafiz Hacıyev qeyd edib ki,”İllərdir müxtəlif adlar altında ,bu günsə Milli Şura adı ilə çıxış edən,partiyaların nə seçki-mitinq taktikası, nə şüarları dəyişmir.Təxminən eyni partiyalar,eyni simalar, eyni şüarlar, dəyişən təkcə tarixdir. Dəfələrlə mətbuat vastəsi ilə bəyan etmişəm ki bu insanlar siyasi “moşeynik”lərdirlər keçiblər bu cəmiyyətin boğazına, hərəsi 4-5 mənbədən maliyələşir. Xalqın mənafeyi onları qətiyyən maraqlandırmır “

Sonra toplantıda həmin mitinqin şüarlarına etiraz edilib. Siyasətə təsir imkanlarını itirən bu siyasilərin ölkədəki qiymət artımından yararlanaraq xalqa təsir etmək istəməsini pisləyən MMP-çilər MŞ-nın dünənki mitinqində prezident İlham Əliyevin ünvanına səslənən şüarları tənqid ediblər.Onlar ölkədə baş verən bütün hadisələri ölkə prezidenti iilə əlaqələndirən Qərbin bu “oyuncaqlarını”yerində oturtmaq üçün qəti qərar verməyin lazım olduğunu vurqulayıblar. Toplantıda Mili Şuraya hakimiyyət daxilindən dəstək verən və ölkədə xaos yaradaraq,öz kreslolarını saxlamağa çalışan məmurlar haqqında da müxtəlif fikirlər səslənib.

Toplantıda qərara alınıb ki, mitinqin əsas təşkilatçısı olan AXCP sədri Kərimov Əli haqda qərar qəbul edilsin. Təklif hamı tərəfindən bəyənilib və qərar qəbul edilib.Qərarın detalları haqda hələlik heç bir açıqlama verilməyib. Çox güman ki bu qərar MMP-çilər tərəfindən qəbul edilən amansız qərardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti