“Təhsillə elmin vəhdəti zəruridir” - Akif Əlizadə

  14 Dekabr 2013    Oxunub : 888
“Təhsillə elmin vəhdəti zəruridir” - Akif Əlizadə
"Azərbaycanda orta məktəblərdə Elm Guşələri yaradılmalıdır. Şagirdlər Elm Guşəsində toplaşaraq, elmlə bağlı müzakirələr apara bilərlər".
AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan Müəllimlərinin XIV qurultayında çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə söyləyib.

Onun sözlərinə görə, təhsillə elmin vəhdəti zəruridir. Elmlə təhsilin vəhdəti üçün AMEA institutlarında baza kafedraları yaradılır:

"Azərbaycan elminin inkişafı bu vəhdətdən asılıdır. AMEA-da da neçə illərdir ki, təhsillə elmin vəhdətinin yaradılmasına çalışılır. AMEA-da magistratura yaradılması istiqamətində təşəbbüs də bununla bağlı olub".

A.Əlizadə qeyd edib ki, AMEA-nın institutlarının laboratoriyalarında tələbələrin işlə təmin edilməsi barədə qərar öz səmərəsini verir.

Akademiya prezidentinin sözlərinə görə, AMEA-nın inkişafı ilə bağlı 2020-ci ilə qədər dövrü əhatə edən konsepsiya hazırlanmalıdır.

Sevinc İltifatqızıM

Teqlər: