Vitse-spiker: “Əhaliyə ödənişlərin məbləği artacaq”

  07 Noyabr 2019    Oxunub : 923
 Vitse-spiker: “Əhaliyə ödənişlərin məbləği artacaq”
"Proqnozlaşdırılan büdcə gələn il qarşımızda duran vəzifələrin öhdəsindən gəlməyimizə imkan verəcək".
Azvision.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova parlament komitələrinin iclasında 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Vitse-spiker qeyd edib ki, əhaliyə ödənişlərin məbləği artacaq, eləcə də büdcəyə daxilolmaların həcmi çoxalacaq.

Azvision.az

Teqlər: MilliMəclis   Büdcə   BaharMuradova