“Qarabağ”ın oyununa 25 min bilet satılıb

  22 Oktyabr 2019    Oxunub : 1389
“Qarabağ”ın oyununa 25 min bilet satılıb
“Qarabağ” - APOEL oyunu üçün bilet satışı davam edir.
Azvision.az xəbər verir ki, artıq 25 min bilet satılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 70 AZN-dir. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.

Azvision.az

Teqlər: Qarabağ   APOEL