“Hər bir şəxs öz mövqeyini ortaya qoymalıdır” - Siyavuş Novruzov

  17 Oktyabr 2019    Oxunub : 963
 “Hər bir şəxs öz mövqeyini ortaya qoymalıdır” - Siyavuş Novruzov
"Bu gün görülən müəyyən işlərə kölgə salmaqdan ötrü kimə qarşı hücuma keçirlər? Prezidentin siyasətinə sədaqətlə xidmət edənlərə. Yeni islahatlar, yeni təfəkkür, yeni baxış ortaya qoyanlara".
Azvision.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, hansı sahədə iş getmirsə, həmin sahəni heç yada salmırlar: "Niyə? Bilərəkdən edirlər. Düşünürlər ki, qoy bu sahəni həmin adam batırsın. Amma kim işləyir, həmin şəxs hədəf odur. Hədəfin iki məqsədi var. Birinci daxildən, müəyyən məsələlərlə bağlı olanlardır. Bura şayiələr, söhbətlər və digər başqa məsələlər daxildir. İkinci bu gün xaricdə həm erməni lobbisi tərəfindən, həm ayrı-ayrı strukturlar tərəfindən maliyyələşənlərdir. Guya Azərbaycanda siyasi baxışlarına görə təzyiqə məruz qalıblar, halbuki heç bir siyasi partiyanın üzvü olmayıb, əli qələm də tutmayıb, bir çoxunun ali təhsili də yoxdur, söyüş mafiyasında iştirak edən insanlardır. Yəni həmin söyüş mafiyasına vəsait ötürməklə və onlar vasitəsilə bu məsələlərə toxunurlar. Məqsəd öz üzərlərindən diqqət yayındırmaqdır".

S.Novruzov vurğulayıb ki, hər bir şəxs öz mövqeyini ortaya qoymalıdır: "Söhbət ondan getmir ki, onların dəstəyinə bugünkü iqtidarın ehtiyacı var. Yeni Azərbaycan Partiyasının 750 mindən artıq üzvü var. Azərbaycan xalqı bu gün Azərbaycan prezidentinin siyasətini cani-dildən dəstəkləyir. Söhbət ondan gedir ki, bu məsələdə həmin adamların şəxsi mövqeyi maraqldır".

Kənan Məmmədov
Azvision.az

Teqlər: SiyavuşNovruzov