Cüdoçumuz çempionatda finala çıxıb

Cüdoçumuz çempionatda finala çıxıb
  27 Aprel 2024    Oxunub:1362
Azərbaycan cüdoçusu Elcan Hacıyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
AzVision.az xəbər verir ki, 90 kiloqram çəkidə mübarizə aparan idmançı həlledici qarşılaşmada yarımfinalda digər təmsilçimiz Murad Fətiyevi məğlub edən macarıstanlı Kristian Totla üz-üzə gələcək.

M. Fətiyev isə bürünc medal uğrunda görüşdə gürcüstanlı Laşa Bekauri ilə görüşəcək.

100 kiloqramda çıxış edən Zelim Kotsoyev də bürünc medal görüşünə çıxacaq. Onun rəqibi niderlandlı Mixael Korrel olacaq.

Daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medalın sahibi olub.

AzVision.az


Teqlər: idman   cüdo   Avropa-çempionatı  





Xəbər lenti