Dağlıq ərazidə köməksiz qalan qadın xilas olunub

Dağlıq ərazidə köməksiz qalan qadın xilas olunub
  27 Aprel 2024    Oxunub:1260
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Yardımlı rayonu, Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri xilasetmə işlərinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 1991-ci il təvəllüdlü E.Şəfiyeva ayağından zədə alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər 1 km hündürlüyündəki ərazidən vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

AzVision.az


Teqlər: hadisə   FHN  





Xəbər lenti