Səfirimiz Vaşinqtonda türk həmkarı ilə görüşüb

Səfirimiz Vaşinqtonda türk həmkarı ilə görüşüb
  27 Aprel 2024    Oxunub:1397
Ölkəmizin ABŞ-dəki səfiri Xəzər İbrahim Türkiyənin bu ölkəyə göndərilmiş yeni səfiri Sədat Önalla görüş keçirib.
AzVision.az xəbər verir ki, səfir bu barədə "X" hesabında yazıb.

"Türkiyənin ABŞ-yə yeni səfiri Sədat Önal və xanımı Figən Önalı iqamətgahımızda özbək, qırğız və qazax səfirləri ilə birgə qarşılayıb, "Xoş gəldin", dedik", - o bildirib.

AzVision.az


Teqlər: Azərbaycan   Türkiyə   səfir   ABŞ  





Xəbər lenti