Təhsil naziri: "Məktəblərdə dinin tədrisi nəzərdə tutulmur"

  17 Oktyabr 2019    Oxunub : 741
 Təhsil naziri: "Məktəblərdə dinin tədrisi nəzərdə tutulmur"
Azərbaycanda mövcud olan dövlət standartlarına əsasən məktəblərdə dinin tədrisi nəzərdə tutulmur.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, məktəblərdə keçirilən "Həyat bilgisi" və bir sıra fənnlərdə müxtəlif dinlər, onların tarixi, dini maarifləndirmə haqda məlumatlar var.

C.Bayramov qeyd edib ki, yeni dərsliklər hazırlanan zaman eyni standartlar tətbiq olunacaq.

Aytən Zəhra
Azvision.az

Teqlər: Nazir   Təhsil