Əli Kərimli gəlmədi, piket başa çatdı - VIDEO+FOTOLAR (Yenilənib)
Azvision.az-ın məlumatına görə, aksiya Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə baş tutub. Piketdə maksimum iştirakçı sayı 50 nəfər müəyyən edilib.
Bundan əlavə, bir qrup cəbhəçi aksiya üçün nəzərdə tutulmayan ərazidə siyasi şüarlar səsləndirməyə, eləcə də ictimai asayişi pozmağa cəhd edib. Ərazidə xidmət aparan polis əməkdaşları onların təxribatçı cəhdlərinin qarşısını alıblar.
Çıxışlardan sonra piketin başa çatdığı elan edilib.
Elvin Abdulqədirov
Fot0: Şahin Sərdarov
Azvision.az
Teqlər: Milli-Şura Müxalifət Piket