AQTA əməkdaşları taxıl anbarlarını yoxlayıb

AQTA əməkdaşları taxıl anbarlarını yoxlayıb
  22 Avqust 2019    Oxunub:1197
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Respublika üzrə fitosanitar monitorinqləri davam etdirir. Agentlik əməkdaşları tərəfindən növbəti monitorinqlər Gəncədə dənli bitkilərin istehsalı və idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin anbarlarında aparılıb.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, sahələrdən toplanılan məhsulların zərərvericilərdən qorunması məqsədi ilə həyata keçirilən monitorinqlər zamanı “Gəncə Dəyirman” MMC tərəfindən idxal olunan buğda məhsulunda "düyü uzunburunu" (sitophilus oruzae L.) və "sürünən kükrə" (acroptilon repens L.) zərərvericiləri aşkarlanıb.

Qabaqlayıcı tədbirlərin görülməsi üçün dərhal bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinə məlumat verilib. Zərərvericilərin sirayətlənmə dərəcəsi müəyyən edildikdən sonra 276 ton buğda məhsulunda fumiqasiya tədbirləri həyata keçirilib, 483 ton məhsul isə alaq otları toxumundan mexaniki üsullarla seçilərək təmizlənib.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti