Qırıcı qalmaqalı: Səfirlər XİN-ə çağırıldı

  23 İyul 2019    Oxunub : 677
 Qırıcı qalmaqalı: Səfirlər XİN-ə çağırıldı
Cənubi Koreya Xarici İşlər Nazirliyi (XİN) hava məkanının pozulması ilə əlaqədar Rusiya və Çinin diplomatlarına etirazını bildirib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı müşavir Maksim Volkov və Çinin Seuldakı səfiri Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, Rusiyanın qırıcı təyyarəsi Cənubi Koreyanın hava məkanını iki dəfə pozub. Buna cavab olaraq Cənubi Koreyanın Hərbi Hava Qüvvələrinin qırıcıları xəbərdarlıq atəşi açıb. Hadisə Yapon dənizində yerləşən Tokto adaları yaxınlığında baş verib. Həmin adalar Koreya ilə Yaponiya arasında mübahisəli ərazi sayılır.

Bundan əlavə, Çinin iki təyyarəsi də Cənubi Koreyanın hava məkanına daxil olub.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   CənubiKoreya