Əbülfəs Qarayev və müavinləri vətəndaşları qəbul edəcək

  11 İyul 2019    Oxunub : 973
Əbülfəs Qarayev və müavinləri vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2019-cu ilin iyul ayının 26-da saat 11:00-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Quba rayon Heydər Əliyev Mərkəzində (Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) Quba və Qusar rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Azvision.az xəbər verir ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində (Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, 2) Xaçmaz rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Şabran rayon Heydər Əliyev Mərkəzində (Şabran şəhəri, Heydər Əliyev prospekti, 60A) ŞabranSiyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər. Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra Şəhər (rayon) Əlaqələndirici Əlaqə telefonu
№-si şəxs
1 Quba rayonu Fuad Orucov 050-222-84-14
023-335-33-00

2 Qusar rayonu David İbramxəlilov 050-631-52-36
023-385-48-56

3 Xaçmaz rayonu Fərid Musayev 055-206-10-61
023-325-22-73

4 Şabran rayonu Əhməd Səmədov 050-206-96-30
023-353-25-84

5 Siyəzən rayonu Zəminə Qədirli 070-756-45-80
023-304-07-67

Azvision.az

Teqlər: ƏbülfəsQarayev