Siyavuş Novruzov: “Bəzi hallarda vəsait mənimsənilir”

  09 Aprel 2019    Oxunub : 1395
 Siyavuş Novruzov: “Bəzi hallarda vəsait mənimsənilir”
“Hesablama Palatası öz imkanları daxilində kifayət qədər fəaliyyət göstərir. Bəzən imkanlarından daha yüksək nəticələr ortaya qoyur”
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

S.Novruzov qeyd edib ki, köhnə sistemdən çıxıb, yeni sistemə daxil olmalıyıq: “Ölkəmizdə çox ciddi isalahatlar həyata keçirilir. Yeni strukturlar yaradılır. “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilməklə qurumun strukturunu islahatlara uyğun formalaşdırmalıyıq. Bəzi hallarda dövlət qurumlarında vəsait mənimsənilir, vəsaiti mənimsəyən cəzaçəkməyə razı olur, nəinki vəsaiti qaytarmağa. Təklif edərdim ki, yoxlamalar illik olsun, lazım olsa, 6 aylıq olsun. Korrupsiyaya meyllənmək istəyən insanların qarşısı alınsın. Gələcəkdə bunlar nəzərə alınmalıdır. Bu işləri yeni metodla həyata keçirilməlidir. Laızmdısa, Hesablama Palatasına əlavə dəstək verək”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis