Sahil Babayev: “Əksər müavinətlər 100 faiz qaldırılıb”

  25 Fevral 2019    Oxunub : 2824
Sahil Babayev: “Əksər müavinətlər 100 faiz qaldırılıb”
"Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamı ilə 5-dən çox uşağı olan ailədə hər uşaq üçün verilən müavinət 33 manatdan 55 manata qaldıracaq. Bu isə 9 min vətəndaşı əhatə edəcək"
Azvision.az xəbər verir k, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev bu gün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu artımlar 80 min müharibə veteranını əhatə edir və bu il 80 minə yaxın insana 200 manat məbləğində birdəfəlik uşaq pulu veriləcək.

"Əksər müavinətlər 100 faiz qaldırılıb. Fevral ayında verilən son 3 qərarla 1 miyon 500 mindən artıq insanın sosial müdafiəsi gücləndirilib. Nəzərə alaq ki, 577 min insanın 256 mini əlilliyi olanlardır. Onların aylıq gəlirlərinin 300-450 manata qaldırılması mühüm əhəmiyyət daşıyır".

Aytən Zəhra
Azvision.az



Teqlər: Sahil-Babayev   Nazir   ƏƏSMN