Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır
  25 Fevral 2019    Oxunub:1425
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 23:00-dan səhər saatlarına qədər Bakının Xətai rayonunun Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətləri rənglənəcək.
Azvision.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar küçədə avtomobillərin hərəkəti tam və yaxud qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

Azvision.az


Teqlər: AAYDA   Yol  





Xəbər lenti