Bu yolda işıqforun iş rejimi dəyişdi - VİDEO

Bu yolda işıqforun iş rejimi dəyişdi -    VİDEO
  25 Fevral 2019    Oxunub:2241
Paytaxtın H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində işıqforun iş rejimində dəyişiklik edilib.
Bu barədə Azvision.az -a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Belə ki, artıq kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər.



Dəyişiklik, vətəndaşların Bakı Nəqliyyat Agentliyinə ünvanladığı çoxsaylı müraciətləri nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədini daşıyır.

Azvision.az


Teqlər: BNA   Yol  





Xəbər lenti