Yanğın zamanı xəsarət alanlar evə buraxılıb

Yanğın zamanı xəsarət alanlar evə buraxılıb
  25 Fevral 2019    Oxunub:2041
Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində tüstüdən zəhərlənərək 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilən 4 nəfər artıq evə buraxılıb.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, şəxslərə ilkin tibbi yardım göstərilib və vəziyyətləri yaxşıdır.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan 11 nəfərə hadisə yerində yardım göstərilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Bakı   Yanğın  





Xəbər lenti