"Kurikulum sözü beynəlxalq termindir" - Nazirlik rəsmisi
“Maliyyə yükü hesablandıqdan sonra hansısa müddəaların daxil edilməsi düzgün olacaq. Qanunda metodistlərlə bağlı anlayışın verilməsi mümkündür. Onlara dərs yükünün verilməsi ilə bağlı heç bir problem yoxdur. Əgər hansısa metodistə dərs verilməməsi halı varsa, bununla bağlı rəsmi müraciət etmək lazımdır. Şagirdlərin bir məktəbdən digər məktəbə keçid məsələsində 11-ci sinif istisna olmaqla keçid prosesi sərbəstdir”.
Həmçinin, iclasda nazirliyin rəsmisi Fərzəli Qədirov da çıxış edib. Onun sözlərinə görə, Təhsil Nazirliyi alternativ yox, ehtiyat dərslər hazırlayıb: “Dərslikləri nəşriyyatlar hazırlayır. Hər hansı dərsliyin hazırlanmasında problem olsa, tenderlər baş tutmasa, bu zaman Təhsil Nazirliyi ehtiyat dərsliklərlə məktəbləri təmin edir. Bu gün 5 yaşlı uşaqların 75 faizi məkətbəhazırlığa cəlb olunub. 2020- ci ildə bu göstərici 90 faizə çatdırılmalıdır".
Kurikulum sözünün çətin tələffüz olunması məsələsinə gəlincə, F.Qədirov qeyd edib ki, bu, beynəlxalq termindir.
"Biz bu sözü təhsil proqramı şəklində yazırıq. Mötərizədə isə kurikulum sözünü yazırıq. Beynəlxalq təcrübədə bu sözədən istifadə edilir. Bu termin artıq vətəndaşlıq hüququ alıb”.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: