İcra Hakimiyyətinə 1,5 milyon ayrıldı - Sərəncam

   İcra Hakimiyyətinə 1,5 milyon ayrıldı -    Sərəncam
  28 Dekabr 2018    Oxunub:2089
Prezident İlham Əliyev Binəqədi rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, Sərəncama əsasən Binəqədi rayonunda abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən Ayna Sultanova adına parkda yenidənqurma işlərinin aparılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti