Məhkəmə işdən çıxarılan 123 nəfəri sevindirdi

  Məhkəmə işdən çıxarılan 123 nəfəri sevindirdi
  27 Dekabr 2018    Oxunub:1310
2018-ci ilin birinci yarısında birinci instansiya məhkəmələrində şəxslərin işə bərpa olunması üzrə baxılan 241 işdən 123-ü təmin olunub.
Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əmək haqqı tələb edən 46 nəfərin iddiası təmin olunub. Bundan əlavə, mənzil mübahisələri üzrə 2998 işdən 2500-ü təmin olunub .

Əqli mülkiyyət hüququ ilə əlaqədar 3 mübahisə işinə baxılıb və təmin olunmasına qərar verilib. Həmçinin şərəf və ləyaqətin təmin olunması üçün 87 iddia təmin olunub .

Aytən Zəhra
Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti