Səudiyyə Ərəbistanın yeni səfiri Bakıya gəlib

Səudiyyə Ərəbistanın yeni səfiri Bakıya gəlib
  24 Dekabr 2018    Oxunub:4240
Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Hamad Abdulla Xudayiri qəbul edib.
XİN-dən Azvision.az -a verilən xəbərə görə, görüş zamanı ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluğunu ifadə edən tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini, o cümlədən biznes forumların keçirilməsinin vacibliyini vurğulayıblar.

Habelə tərəflər enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər. Səfir Hamad Abdulla Xudayir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. Nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Azvision.az


Teqlər: Səudiyyə-Ərəbistan   XİN  





Xəbər lenti