Naxçıvanda işləmək istəyənlər üçün şans

Naxçıvanda işləmək istəyənlər üçün şans
  31 May 2018    Oxunub:4399
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün müsabiqə elan edib.
AzVision.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər 1 iyun 2018-ci il tarixdən 21 iyun 2018-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internetsaytında (www.dqmk.nmr.az) elektron xidmətlər bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə ali təhsil müəssisələrini jurnalistika, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, tarix müəllimliyi və hüquqşünaslıq ixtisasları üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir.

Maraqlananlar Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.



AzVision.az


Teqlər: Naxçıvan   Mətbuat  





Xəbər lenti