3510 partlamamış hərbi sursat zərərsizləşdirilib

3510 partlamamış hərbi sursat zərərsizləşdirilib
  31 May 2018    Oxunub:1083
Mayın 30-da saat 18:19-da Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətindən və saat 18:27-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakının Xəzər rayonunun Binə qəsəbəsində bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xəzər Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və DİN-in Xəzər Rayon Polis şöbəsinin əməkdaşları ərazidə Bakavtomat yolunun kənarında məişət tullantıları sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən hərbi təyinatı olmayan metal parçası aşkarlanıb. Həmin metal parçası götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Metal parçasının tapıldığı yerin ətrafında 2500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Yanvarın 1–dən mayın 30-dək ANAMA tərəfindən ümumilikdə 3510 partlamamış hərbi sursat, 73 kiloqram partlayıcı maddə, piyada əleyhinə bir, tank əleyhinə üç mina aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 86 min 815 kvadratmetr ərazi yoxlanılıb.

AzVision.az


Teqlər: ANAMA  





Xəbər lenti