Konstitusiya Məhkəməsinin növbəti iclası keçirilib

Konstitusiya Məhkəməsinin növbəti iclası keçirilib
  31 May 2018    Oxunub:1105
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş E.Ağayevin məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq, Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Şikayətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 22-nə təyin edilmiş iclasında baxılacaq.

AzVision.az


Teqlər: Konstitusiya-Məhkəməsi  





Xəbər lenti