Naxçıvanda 11 min tondan çox yük daşınıb

Naxçıvanda 11 min tondan çox yük daşınıb
  15 May 2018    Oxunub:1157
Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə sahəsində ardıcıl tədbirlər görülür, maddi-texniki baza gücləndirilir.
AzVision.az xəbər verir ki, aprel ayında Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 11 min tondan artıq müxtəlif təyinatlı yük daşınıb.

Hesabat dövründə Ordubad-Şərur və Şərur-Culfa istiqamətində hərəkət edən yük-sərnişin qatarları vasitəsilə 13 min 708, Naxçıvan-Məşhəd-Naxçıvan istiqaməti üzrə hərəkət edən beynəlxalq sərnişin qatarı vasitəsi ilə 287 sərnişin daşınıb.

AzVision.az




Teqlər: Naxçıvan   Qatar   Sərnişin  





Xəbər lenti