Ruhaninin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi. Prezident İlham Əliyev və Prezident Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçdilər. İran Prezidenti Azərbaycan əsgərlərini salamladı. İranın və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Həsən Ruhani rəsmi foto çəkdirdilər.
AzVision.az
Teqlər: İlham-Əliyev Ruhani Azərbaycan