"Etikadan kənar hərəkət etsə, hamı ona baxacaq" - Məzahir Pənahov
AzVision.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, kim özünü əxlaq normalarından aşağı aparırsa, o, ən az qorxulu rəqibdir, onu ciddi qəbul etmək lazım deyil:
MSK sədri əlavə edib ki, dünyada müəyyən ciddi qüvvələr, mərkəzlər məqsədli şəkildə bunu edirlər: "Biz belə mərkəzlərə qarşı mübarizə aparmalıyıq. Əsas məsələ odur ki, seçkinin nəticələrini Azərbaycan ictimaiyyəti qəbul edir. Biz bütün imkanlardan istifadə edərək Azərbaycan ictimaiyyətini maarifləndirməliyik. Bəzən tərbiyəsiz saytlara baxılmasının statistikasını verirlər. Mən buna təəccüblənirəm. Bəzən küçədə bir nəfər etikadan kənar hərəkət etsə, hamı ona baxacaq. Bu, həmin insanın hərəkətinin təqdir olunması deyil. İnternetdə hansısa təhqiramiz materiala 1 milyon insan tərəfindən baxılması da, onun təqdir edilməsi demək deyil. Amma belə hallara münasibət də bildirilə, etiraz da edilə bilər", - MSK sədri bildirib.
M.Pənahov vurğulayıb ki, kənardan gəlib kimsə kiməsə azadlıq, müstəqillik verən deyil: “Azərbaycan müstəqilliyini, azadlığını qazanıb. Kimsə onu bizə verməyib. Ümumən elə şeylər var ki, o verilmir, qazanılır”.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: MSK Məzahir-Pənahov