Prezidentin köməkçisi seçki ilə bağlı KİV-ə müraciət etdi
AzVision.az-ın məlumatına görə, bunu prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Azərbaycan Respublikasının Prezident seçkilərində Kütləvi İnformasiya Vasitələrinin rol və vəzifələri" mövzusunda keçirilən seminar-müşavirədə çıxışında deyib.
Əli Həsənov qeyd edib ki, KİV-lərdə ölkə prezidentinin cari fəaliyyətinin işıqlandırılması ilə prezidentin təbliği arasında cizgi pozulmamalıdır.
"Mən KİV-lərin peşəkarlıqla bu məsələnin öhdəsindən gələcəyinə inanıram. Digər tərəfdən pullu efir vaxtı ilə Seçki Məcəlləsinin tələbləri pozulmamalıdır. Bir namizəd üçün müəyyən edilən qiymət, ayrılan vaxt digər namizəd üçün də olmalıdır".
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: Əli-Həsənov Prezidentin-Köməkçisi Seçki