Gəncədə təşviqat kampaniyasına start verilib
Partiyanın Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb. Çevik, operativ fəaliyyət göstərən partiya üzvləri bu kampaniyanın yüksək səviyyədə keçirilməsi üçün tam səfərbər edilib. 100 nəfərdən çox gənc təşviqatçı qruplara bölünərək plakatların asılmasında fəalıq göstəriblər. Bukletlərin, təbliğat-təşviqat materiallarının paylanması ilə yanaşı açıq və qapalı yerlərdə seçicilərlə görüşlər də keçiriləcək.
Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planına əsasən, martın 19-u saat 08:00-da başlayacaq təşviqat kampaniyası aprelin 10-u səhər saat 08:00-da bitəcək.
AzVision.az