Seçki günü 12 mindən çox polis səfərbər ediləcək
“Daxili İşlər Nazirliyinin bütün orqan və hissələri gücləndirilmiş iş rejimində xidmət aparacaq, dairə və məntəqə seçki komissiyalarının mühafizəsini təmin edəcək 12000-dən artıq polis əməkdaşı bütün zəruri xüsusi və digər vasitələrlə tam təchiz olunub, şəhər, rayon polis orqanlarının dislokasiya planlarındakı dəyişikliklər nəzərə alınmaqla ictimai yerlərdə, o cümlədən küçələrdə hüquq qaydasının təmin edilməsinə cəlb olunan naryadarın sayı artırılıb. Təbliğat-təşviqat kampaniyasının keçirildiyi yerlərdə və səsvermə günü seçki məntəqələrinin ətrafında hüquq qaydasına riayət olunmasının vəziyyəti "Təhlükəsiz şəhər" sisteminin müşahidə kameraları ilə fasiləsiz izlənəcək, bütün hüquqazidd hərəkətlərə dərhal reaksiya verilməklə yaxınlığındakı naryadlar hadisə yerinə yönəldiləcək”.
Bildirilib ki, seçki bülletenləri dairə və məntəqə seçki komissiyalarına daxil olduğu andan dairə və məntəqələr polis orqanları tərəfindən 24 saat müddətinə mühafizəyə götürüləcək.
AzVision.az