“Xalq Cəbhəsi hakimiyyətə gəlsə, daha çox əxlaqsızlıq edəcək” - Nemət Pənahlı
Müxalifətin söyüş və təhqiramiz ifadələrlə mübarizə üsulu seçməsinin iyrənclik olduğunu vurğulayan N.Pənahlı hakimiyyət tərəfindən də bəzi şəxslərin təhqiramiz ifadələr səsləndirdiyini söyləyib. N.Pənahlı həqiqəti söylədiyi üçün zaman-zaman müxalifət nümayəndələri tərəfindən təhqirlərə də məruz qaldığını bildirib: “Bəzən mən onlara deyirəm ki, ay müxalifət, söyüş və təhqiredici fikirlərlə mübarizə aparmaq üsulunu yığışdırın. Yəni, onlar hələ hakimiyyət gəlməyib, bu qədər əxlaqsızlıq, mənəviyyatsızlıq nümayiş etdirirlər. Sabah hakimiyyətə gəlsələr, indikindən daha çox əxlaqsızlıq edəcəklər. Bu sözlərimə görə mənə hücum çəkirlər. Halbuki, indiki “Azərbaycan Xalq Cəbhəsi Partiyası” təşkilatı vaxtilə Nemət Pənahlının kölgəsində sürünüb. Mənim gördüyüm işləri bunlar öz adlarını çıxarırlar.
1988-ci ildə Xalq Cəbhəsi adında təşkilat hələ yox idi. Ancaq Azərbaycanda Milli Azadlıq Hərəkatı elan edilmişdi, Lenin meydanının adı dəyişdirilərək “Azadlıq” meydanı adlandırılıb. Bütün bunlara görə Sovet həbsxanalarına düşmüşəm. Həbsdən çıxandan sonra da Xalq Cəbhəsi mənim nüfuzumun altında sürünüb. Bu qədər xidmətləri göstərən mən ola-ola bu gün Xalq Cəbhəsi iddia edir ki, guya bütün bunları onlar ediblər və sairə. Bunu etmək doğru deyil”.
AzVision.az
Teqlər: Nemət-Pənahlı