Radikal müxalifətçilərlə bağlı şeyxə müraciət edildi
“Ümumi ictimai-siyasi məkanımızı təhqir notlarına bürüyürlər. Təhqiri siyasi həyatın elementinə çevirirlər. Bu baxımdan Azərbaycanın hər bir insanı, xüsusilə də mühüm ictimai missiya daşıyan insanlardan bu məsələyə reaksiya vermələrini istəyirəm. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət edirəm. Şeyx hər zaman dövlətin və dövlətçiliyin yanında olub. Ən müxtəlif dövrlərdə bunun şahidi olmuşuq. Bəli, din dövlətdən ayrıdır, amma hər zaman düşünürük ki, dövlət dinsiz, din də dövlətsiz ola bilməz. Ona görə də şeyx başda olmaqla, inanc sahiblərimizi aparılan bu kampaniyaya reaksiya verməyə çağırıram. Mədəniyyət və incəsənət xadimləri kampaniyaya reaksiya verməlidirlər. Bunların hər biri sizə qarşıdır. Buna müşahidəçi olmaq olmaz. Bu məsələ hər birimizdən vətəndaş mövqeyi tələb edir”- deputat çıxışında deyib.
Anar Kəlbiyev
AzVision.az
Teqlər: Milli-Məclis Zahid-Oruc