ABŞ-ın Azərbaycandakı səfiri təqaüdə çıxır
"Səfir qeyd edir ki, onun ölkəmizdə vəzifəsini icra etdiyi müddətdə Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələr irəliləyib, inkişaf edib. O və ailəsi ölkəmizi, xalqımızı yaxından tanımağı və Azərbaycanda keçirdikləri vaxtlarını çox yüksək dəyərləndirir.
Cənab Sekuta bildirir ki, Amerika Birləşmiş Ştatlarının səfiri olmaq onun üçün çox böyük şərəf idi və indi o, yeni imkan və nailiyyətləri səbirsizliklə gözləyir", - deyə məlumatda qeyd olunub.
Eldar Tanrıverdiyev
AzVision.az