İvanov İlham Əliyevi Makedoniyaya səfərə dəvət edib - Yenilənib
Makedoniya Respublikasının Prezidenti George İvanov VI Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçirildiyini qeyd etdi. O bildirdi ki, bu tədbir əməkdaşlığın genişləndirilməsi, beynəlxalq aləmdə sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə böyük töhfə verir.
Görüşdə iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Makedoniya Respublikasının Prezidenti George İvanov Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət etdi.
AzVision.az
Teqlər: İlham-Əliyev Makedoniya