Prezident albaniyalı həmkarı ilə görüşüb - Yenilənib
İlir Meta Albaniyada TAP-ın icrası ilə bağlı işlərin uğurla getdiyini dedi. O qeyd etdi ki, Albaniyanın qazlaşdırılması üçün bu layihə çox önəmlidir.
Prezident İlham Əliyev Azərbaycan ilə Albaniyanın birgə həyata keçirdiyi layihələrin əməkdaşlığımızı daha da möhkəmləndirdiyini vurğuladı. TAP-ın icrası ilə bağlı işlərin Albaniyada qrafik üzrə getdiyindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu layihənin əhəmiyyətinə toxundu. Enerji sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirən Prezident İlham Əliyev bir ay əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Albaniya nümayəndə heyətinin iştirakını xatırlatdı.
AzVision.az
Teqlər: İlham-Əliyev Albaniya