“Azərbaycan deklorativ bəyanatlar verən ölkələrdən deyil” - Bahar Muradova
Vitse spiker bildirib ki, Azərbaycan İpək Yolundan faydalanan ölkələrə imkanlar yaradır: “Parlamentarilərin bu məsələyə qoşulması və dəstək verməsi, təşviq etməsinin çox böyük əhəmiyyəti var. Azərbaycan İpək Yolunun bərpa olunması üçün deklorativ bəyanatlar verən ölkələrdən deyil. Azərbaycan böyük layihələrdə iştirak edir, ötən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Eyni zamanda Azərbaycan dəniz limanı infrastrukturna investisiya yatırır. Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsində iştirak edir. Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan bugünkü tədbirin keçirilməsinə təşəbbüskar olmaq haqqı olan ölkələrdəndir”.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: