"Bu, Azərbaycanın prinsipial mövqeyidir" - Artur Rasi-zadə
Baş nazir Artur Rasi-zadə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq vurğulayıb ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və bu, Azərbaycanın prinsipial mövqeyidir.
Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili regiondakı sabitlikdə maraqlı olduqlarını bildirərək deyib ki, Gürcüstan da bütün beynəlxalq formatlarda münaqişələrin ölkələrin ərazi bütövlüyü və beynəlxalq hüququn normaları əsasında tənzimlənməsinin tərəfdarıdır. İkitərəfli münasibətlərin böyük perspektivi olmasından məmnunluğunun ifadə edən qonaq Azərbaycan ilə birgə həyata keçirilən qlobal neft, qaz və nəqliyyat layihələrinin əhəmiyyətini vurğulayıb, ticari-iqtisadi münasibətlərdə müsbət dinamikanın olduğunu sevindirici hal kimi dəyərləndirib.
AzVision.az
Teqlər: Baş-Nazir Artur-Rasizadə Gürcüstan