"Prezident seçkiləri ilə bağlı problemin olacağı gözlənilmir" - MSK sədri
"Ümumi mənzərədən görünür ki, Azərbaycan ictimaiyyəti seçki prosesinə fəal qoşulub. Bütün seçicilərə tam imkan yaradılacaq ki, aprelin 11-də öz iradələrini ifadə etsinlər".
Martın 12-də saat 18.00-da namizədlərin müraciətləri ilə bağlı vaxtın başa çatacağını xatırladan MSK sədri Seçki Məcəlləsinə əsəsən Komissiyanın daxil olan sənədlərə daha yeddi gün baxmaq hüququna malik olduğunu söyləyib. O bildirib ki, martın 19-da proses tam başa çatacaq. Bundan sonra namizədlərin seçkiqabağı təşviqat prosesinə start veriləcək.
AzVision.az
Teqlər: