“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır” - Baş nazir
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
“Biz çox şadıq ki, ölkələrimizin iqtisadi münasibətləri inkişaf edir. Ötən il ikitərəfli ticarət-iqtisadi münasibətlərin əhəmiyyətli dərəcədə artması ilə əlamətdar olub. Azərbaycan Gürcüstanın bir nömrəli investisiya tərəfdaşıdır”,- Giorgi Kvirikaşvili bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: Gürcüstan Azərbaycan Giorgi-Kvirikaşvili İlham-Əliyev