Şəhid övladları Türkiyəyə səfər edəcək
Daha sonra uşaqların Bursaya və Eskişehirə səfəri planlaşdırılır. Uşaqlar bu şəhərlərdə tarixi yerləri gəzəcək, mədəniyyət abidələri ilə tanış olacaqlar. Şəhid övladlarının səfəri Afyonkarahisar, Kocatepe şəhidliyi, Çanakkaladan keçərək İzmirdə başa çatacaq. Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin fəaliyyət göstərdiyi İzmirdə Türkiyədə olan şəhid uşaqları və ailələri ilə görüş, birlikdə tarixi və mədəni yerlərə gəzinti təşkil olunacaq. Səfər müddətində şəhid uşaqlarını 1 həkim, 2 tarixçi alim, 1 psixoloq və 6 nəfərdən ibarət nəzarətçi qrup müşayiət edəcək.
Qeyd edək ki, layihənin ikinci mərhələsində 2018-ci ilin sentyabr ayında Türkiyədən Azərbaycana 50 şəhid övladının səfəri nəzərdə tutulur. Layihənin Azərbaycan üzrə koordinatoru “Palitra” qəzetinin Fuad Hüseynzadədir.
AzVision.az
Teqlər: Diaspor-Komitəsi