Nazirlik və DİM şagirdlərin düşdüyü qəza barədə məlumat yaydı
Məlumatda bildirilib ki, bu gün respublikamızın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imthanının birinci mərhələsi keçirilib.
"Hadisə zamanı xəsarət alanlardan 12 nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onların xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra xəstəxanadan evlərinə buraxılıblar. Digər 5 nəfər xəsarət alan şəxs Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Şagirdlərdən 3 nəfərin vəziyyəti qənaətbəxşdir və müalicəsi davam etdirilir.
Qəza nəticəsində kəllə-beyin travması alan 1 şagird və məktəbin əməkdaşının müalicəsini davam etdirməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhərindən həkim briqadası ezam olunub.
Hazırda Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin rəsmiləri Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasındadırlar.
Qəza zamanı xəsarət alanlara şəfa diləyir və tezliklə normal həyatlarına qovuşmasını arzu edirik!", - deyə məlumatda qeyd edilir.
Teqlər: Təhsil-Nazirliyi DİM Qəza