Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır
  09 Mart 2018    Oxunub:1907
Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (martın 9-dan 10-na keçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, məhdudlaşma qısa müddətlik tətbiq ediləcək.

Agentliyi yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir.

AzVision.az


Teqlər: Təmir   Bakı   Küçə  





Xəbər lenti