Corien Jonker: "Biz seçkilərə müdaxilə etmirik"
"Biz bu qərara müdaxilə etmək üçün Azərbaycana gəlməmişik. Bu, onların qərarıdır. Biz bundan əvvəlki missiyaların seçkilərə dair tövsiyyələrini hökumət qurumları ilə müzakirə edəcəyik. Biz seçkilərə müdaxilə etmirik. Məqsədimiz seçki prosesinin şəffaf olmasıdır. 20 uzunmüddətli müşahidəçi Azərbaycanda səfərdə olacaq. İki nəfərdən ibarət 10 komanda Azərbaycanın bütün regionlarında növbədənkənar seçkilərə dair müşahidələr aparacaq", -deyə seçki missiyasının rəhbəri jurnalistlərə bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az