ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə davam edəcək.
AzVision.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.
Alfano qeyd edib ki, ATƏT diqqətini regionda həll olunmamış münaqişələrə, eləcə də Dağlıq Qarabağ probleminə yönəldib.